Meksikada "son dərəcə təhlükəli" olan "Lidiya" qasırğası ölkə daxilinə doğru irəliləyir


Meksikada "son dərəcə təhlükəli" elan edilən "Lidiya" qasırğasının cənubdakı Nayarit əyalətinə çataraq ölkə daxilində hərəkət etdiyi bildirilir.


ABŞ Milli Qasırğa Mərkəzinin (NHC) verdiyi açıqlamada, "4-cü kateqoriya" səviyyəsinə çatan "Lidiya" qasırğasının ştatın Sakit okean sahillərindəki Puerto Vallarta şəhərinə çatdığı bildirilib.

Açıqlamada "son dərəcə təhlükəli" olan və saatda 220 kilometr sürətə çatan "Lidiya"nın içəriyə doğru hərəkət edərkən sürətinin azaldığı bildirilib.

Bu barədə Xalisko ştatının qubernatoru Enrike Alfaro sosial media platformasında verdiyi açıqlamada bildirib.

Alfaro, ştatda 23 sığınacağın əlçatan olduğunu və Puerto Vallartadan onlarla insanın bu sığınacaqlara yerləşdiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu