Meksikada "Lidiya" qasırğası nəticəsində 2 nəfər ölüb


Meksikada son dərəcə təhlükəli elan edilən "Lidiya" qasırğası Xalisko əyalətində 2 nəfərin ölümünə səbəb olub.


Ölkədə 4-cü kateqoriya səviyyəsinə çatan "Lidiya" qasırğası Jaliscoda 200 evə ziyan vurub, bəzi magistral yolların hərəkətə bağlanmasına səbəb olub.

Yerli hökumət nümayəndələri bildiriblər ki, oktyabrın 11-dən bu yana qasırğa nəticəsində 2 nəfər ölüb. Mülki müdafiə qüvvələri və yanğınsöndürmə briqadalarından ibarət qrupların qasırğadan zərər çəkənlər üçün dayanmadan çalışdığı bildirilib.

Puerto Vallarta meri Alonzo Kastillon mətbuata verdiyi açıqlamada magistral yollara nəhəng qayaların uçduğunu və yolun iki zolaqlı hərəkətə bağlandığını deyib.

Gecə saatlarında böyük bir sürüşmə meydana gəldiyini qeyd edən Kastillon qeyd edib ki, qruplar yolun nəqliyyata açılması üçün çalışır, bəzi vasitələrə ciddi ziyan dəyib, lakin ölən və ya yaralanan olmayıb.

Son illərdə Meksikaya təsir edən qasırğalarda çoxlu insan həyatını itirib, böyük maddi ziyan dəyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu