İsrailə gedən 12 kruiz gəmisi İzmir limanında bron edilib


İsrail və Fələstin arasındakı münaqişə Şərqi Aralıq dənizində kruiz marşrutlarında dəyişikliklərə səbəb olub.


Gəmiçilik Palatası İzmir Şöbəsinin İdarə Heyətinin sədri Yusuf Öztürk bildirib ki, İsrail limanlarına səfərlər təşkil edən iki kruiz gəmi operatoru İsrail və Fələstin arasındakı qarşıdurma səbəbindən marşrutlarını dəyişərək İzmir Limanı üçün rezervasiya edib.

"MSC Cruises" və "Costa Cruises" şirkətlərinin marşrutlarında dəyişiklik etdiklərini bildirən Öztürk, İsrailin Aşdod və Hayfa limanlarının yelkən cədvəlindən çıxarıldığını, Türkiyənin cənubunda və İzmirdəki limanların mövcudluğuna görə yeni rezervasiyalar edildiyini qeyd edib.

İl sonuna qədər o bölgəyə getməyi planlaşdırılan kruiz xətlərinin marşrutlarını dəyişdiyini açıqlayan Öztürk, "12 gəmi İzmir Limanı üçün yeni rezervasiya etdi. 8 MSC və 4 "Costa" gəmisi İzmirə gələcək" - deyə əlavə edib.

Qarşıdurmanın uzanması ilə bağlı narahatlıqların olduğunu qeyd edən Öztürk bildirib ki, bu gərginlik uzun müddətdə davam edərsə, Şərqi Aralıq dənizi hövzəsindəki bu narahatlığa görə kruiz bazarında məhdudlaşma ola bilər.

Marşrutu dəyişən ilk gəminin oktyabrın 19-da İzmir limanında lövbər salması gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu