Hindistan da eynicinsli nikahları qanuniləşdirir


Hindistanın Ali Məhkəməsi eynicinsli nikahların hüquqi tanınması barədə qərar çıxaracaq.


"Reuters" xəbər verir ki, Asiyada eynicinsli nikahlar hazırda yalnız iki ölkədə - Tayvan və Nepalda qanunidir: burada əsasən mühafizəkar dəyərlər hələ də siyasətdə və cəmiyyətdə üstünlük təşkil edir.

Hindistanın Baş Hakiminin rəhbərlik etdiyi Ali Məhkəmənin beş hakimdən ibarət kollegiyası aprel-may ayları arasında iş üzrə arqumentləri dinləsə də qərarını təxirə salıb.

Ali Məhkəmənin internet saytında yayılan məlumatda bildirilir ki, hökm çərşənbə axşamı verilməlidir.

Hindistan hökuməti eynicinsli nikahların tanınması çağırışlarına qarşı çıxıb, onları "şəhər elitasının baxışları" adlandırıb və parlamentin problemi müzakirə etmək üçün uyğun platforma olduğunu bildirib.

Hökumətin bəyanatında həmçinin deyilir ki, bu cür nikahlar ər, arvad və uşaqlardan ibarət hind ailəsi anlayışı ilə uyğun gəlmir.

Hindistanın lezbiyan, gey, biseksual, transseksual və queer (LGBTQ) icmasının üzvləri 2018-ci il məhkəmə qərarına baxmayaraq, ayrı-seçkiliklə üzləşdiklərini və eynicinsli nikahlara hüquqi dəstəyin olmamasının onların konstitusiya hüquqlarını pozduğunu deyirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu