Orxan Məmmədlinin intiharı ilə bağlı araşdırma aparılır


Tanınmış jurnalist Türkan Məmmədlinin həyat yoldaşı Orxan Məmmədlinin intiharı ilə bağlı araşdırma aparılır.


O.Məmmədlinin özünü Səbail rayonu Mehdi Hüseyn küçəsində yerləşən ofisin qapısının çərçivəsindən asması müəyyən edilib. Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırmalara başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

İlkin ehtimala görə, Orxan Məmmədli borc məsələsinə görə həyatına son qoyub.

Qeyd edək ki, O.Məmmədli turizm şirkətinin rəhbəri olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu