Gürcüstan Prezidentinin impiçment məsələsi sabah parlamentdə müzakirə olunacaq


Sabah Gürcüstan parlamentində Prezident Salome Zurabişvilinin impiçmenti məsələsinin müzakirəsi başlayacaq.



AFN.az bu barədə Gürcüstan KİV-nə istinadən xəbər verir.

Məlumata görə, Prezident Administrasiyası, eləcə də parlamentin spikeri Şalva Papuaşvili Salome Zurabişvilinin də iclasda iştirak edəcəyini təsdiqləyib.

Xatırladaq ki, bu il sentyabrın əvvəlində S.Zurabişvili Berlin, Brüssel və Parisə səfər edib və burada yüksək səviyyəli görüşlər keçirib. Sonradan məlum oldu ki, Gürcüstan hökuməti dövlət başçısının bu səfərinə razılıq verməyib. Ona görə də hakim partiya Prezidenti konstitusiyanı pozmaqda ittiham edib və impiçment proseduruna başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu