Qəzzada bir gündə 3 min 150 adamda epidemiya aşkarlandı


Qəzzada əksəriyyəti uşaq olmaqla, bir gündə 3 mindən çox insanda müxtəlif epidemik xəstəlik hallarının aşkar edildiyi açıqlanıb.


Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada yayılan xəstəliklər arasında qotur, ishal, suçiçəyi, dəri xəstəlikləri və bronxit kimi bir çox yoluxucu xəstəliklərin olduğu bildirilib. Həmçinin içməli və gündəlik istifadə suyunun qeyri-kafi olması və şəxsi gigiyena tələblərinin qarşılana bilmədiyi vurğulanıb və sığınacaq mərkəzlərində çoxlu insan sıxlığı səbəbindən xəstəliklərin sürətlə yaydığı qeyd edilib.

Bəyanatda xəstəxanaların vəziyyətinin pisləşdiyi də əksini tapıb. Qəzza zolağına zərbə vuracaq və nəzarət altına almaq mümkün olmayacaq böyük epidemiya dalğasına qarşı xəbərdarlıq edilib.

İsrailin Qəzza zolağına tətbiq etdiyi blokadaya görə ciddi enerji çatışmazlığı yaranıb və bölgəyə yanacağın girişinə icazə verilmədiyi üçün xəstəxanaların generatorlarının dayandığı açıqlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu