Qəzzada əhalinin 70 faizi köçkün düşüb


19 gündür atəş altında qalan Qəzza zolağında əhalinin 70 faizi didərgin düşüb.


Qəzza hökumətinin Media Ofisinin rəhbəri Selame Maruf verdiyi açıqlamada Qəzza zolağında 1 milyon 400 min insanın evlərini tərk edərək sığınacaq mərkəzlərinə köç etmək məcburiyyətində qaldığını bildirib.

Maruf didərgin düşənlərin bölgə əhalisinin 70 faizini təşkil etdiyini və bu insanların ağır humanitar şəraitdə yaşadıqlarını qeyd edib.

“Köçkünlər məktəb, kilsə, xəstəxana və sağlamlıq mərkəzlərindən ibarət 223 sığınacaq mərkəzinə paylanıb” deyən Maruf qeyd edib ki, sığınacaq mərkəzlərindəki fələstinlilər ən elementar ehtiyaclarından belə məhrumdurlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu