İsraildə sərhədə yaxın ərazidən 125 min insan təxliyə edilib


İsrailin Milli Fövqəladə Hallar Təşkilatı oktyabrın 7-dən etibarən sərhədin şimal və cənubundan 125 min insanın digər bölgələrə təxliyə edildiyini açıqlayıb.


“Yediot Ahronot” qəzetinin məlumatına görə, bu barədə İsrailin Milli Fövqəladə Hallar İdarəsinin prezidenti Yoram Laredo keçirdiyi mətbuat konfransında açıqlama verib.

O bildirib ki, müharibə başlayandan bəri şimal və cənubdan təxliyə edilən 125 min insan dövlət tərəfindən otel və qonaq evlərində qonaq edilir.

İsrail Müdafiə Nazirliyinin evakuasiya edilən insanların ilin sonuna qədər olduqları yerdə qalmalarını tövsiyə etdiyini ifadə edən Laredo, Milli Mülki Müdafiə Agentliyinin bu tövsiyəyə uyğun olaraq resurslarını artırmağa çalışdığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu