ABŞ İsrail və HƏMAS arasında müharibənin yeni mərhələsindən danışıb


Amerika rəsmiləri İsrail və radikal Fələstinin Həmas qruplaşması arasında müharibənin yaxın günlərdə yeni mərhələyə keçəcəyini gözləyirlər.



Bu barədə CNN vəziyyətlə tanış olan mənbələrə istinadən yazır.

Onların sözlərinə görə, İsrail ordusu hava hücumlarının sayını azaldacaq və əsas diqqətini taktiki quru əməliyyatlarına yönəldəcək. Kanalın həmsöhbətlərindən biri bildirib ki, ABŞ prezidenti Co Bayden administrasiyası quru kampaniyasının HƏMAS-ın istifadə etdiyi yeraltı tunel kompleksləri şəbəkəsini təmizləməyə yönəldiləcəyini gözləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu