Bakıda skamyada çılpaq yatan şəxs həbs edildi


Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 ünvanının qarşısında- ictimai yerdə çılpaq yatan şəxs saxlanılıb.



“Qafqazinfo” xəbər verir ki, bina sakini binanın qarşısındakı skamyada 1 nəfərin sərxoş və çılpaq vəziyyətdə yatması, qışqırması, uşaqları öldürəcəyi ilə hədələməsi barədə polisə müraciət edib. Onlar tanımadıqları şəxsin 2-3 gündür çılpaq halda skamyada yatdığını deyiblər.

Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin əməkdaşları qeyd edilən yerə gedərək həmin şəxsi müəyyən ediblər. Bu zaman o, müqavimət göstərərək polislə birgə getmək istəməyib.

Şöbəyə aparılan saxlanılan şəxsin Lənkəran rayon Boladi kənd sakini, 1977-ci il təvəllüdlü S.Salahov (şərti) olması müəyyən edilib və barəsində inzibati protokol tərtib edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ona 10 sutka inzibati həbs cəzası verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu