Kanadada müxalifət liderinin reytinqləri artır


Kanadanın müxalif Mühafizəkarlar Partiyasının lideri Pierre Poilievre-ə dəstək kanadalılar arasında artmaqda davam edir, baş nazir və Kanada Liberal Partiyasının rəhbəri Castin Trüdonun populyarlığı isə aşağı düşür.

Abacus Data tədqiqat təşkilatının keçirdiyi sosioloji sorğunun nəticələri belədir.

Sorğunun nəticələrinə görə, Poilievre-in bəyənmə reytinqi oktyabrda 36%-dən indi 40%-ə qalxıb. Oktyabrda 27% olan Trüdonu indi respondentlərin 29%-i dəstəkləyir. İndikatorların cüzi yaxşılaşmasına baxmayaraq, ekspertlərin qeyd etdiyi kimi, son ayların mənfi tendensiyası davam edir, çünki baş nazirin reytinqi sonuncu dəfə iyulda 30%-dən yuxarı qalxıb (31%) və artıq avqustda yenidən 2 faiz bəndi aşağı düşüb.

Respondentlərin 39%-i Kanada Mühafizəkarlar Partiyasına (oktyabrdakından 1% az), 26%-i isə liberallara (dəyişiklik yoxdur) səs verməyə hazırdır.

Abacus Data Trüdonun aşağı reytinqini seçicilərin 2015-ci ildən bəri ölkəni idarə edən liberalların siyasətindən ümumi yorğunluğu ilə izah edir.

Sorğu oktyabrın 27-dən noyabrın 1-dək aparılıb. Onda 2,2 min nəfər iştirak edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu