Bakıda kistoz-fibroz xəstəliyi və onun müalicəsində yeniliklərlə bağlı tədbir keçirilib

Heydər Əliyevin anadan olmasınin 100 illiyinə həsr olunmuş, Kistik Fibroz Xəstələrinə Yardım İctimai birliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Pediatriya Cəmiyyəti nin təşkilatı dəstəyilə "Müasir tibbdə Kistoz Fibroz - Standart müalicədən modulyator müalicəsinə doğru" adlanan dəyirmi masa keçirilib.
Dəyirmi masada dövlət qurumları, Türkiyədən dəvət olunmuş həkimlər və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə kistoz fibroz xəstəliyi, onun müalicəsi, ölkəmizdə və dünyada xəstələrin mövcud vəziyyəti haqqında geniş məlumatlandırma və KIFY İB-nin altı illik fəaliyyəti haqqında təqdimatlar, xəstələr və onların valideynləri tərəfindən hazırlanmış video müraciət təqdim olunub.
Sonra isə geniş müzakirəyə yer verilib. Ölkəmizdə kistoz fibroz xəstələrinin dərman təminatının davamlılığı həmçinin bölgələrdə yaşayan pasiyentlərin mərkəz Bakıya hər ay dərmanlara görə davamlı gələ bilməmə problemi, bölgələrimizdə mütəxəssis həkimlərin çatişmamazlıği və s. kimi məsələlər ətrafında geniş müzakirələr aparılıb.