Putin Səudiyyə Ərəbistanına səfər edib

Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanına səfər edib. O, burada vəliəhd, Nazirlər Şurasının sədri Məhəmməd bin Salman Əl Səud ilə danışıqlar aparacaq.
Rusiya Federasiyasının Prezidenti təyyarədən enərək, nümayəndə heyəti ilə qısa söhbət edib, sonra maşına oturaraq danışıqlar aparmaq üçün Əl-Yəmamə kral sarayına gedib.
Görüşdə ticarət-iqtisadi və investisiya sahələrində əməkdaşlıq, çoxtərəfli formatlarda qarşılıqlı fəaliyyət məsələlərinin müzakirəsi planlaşdırılır. Şimal-Cənub nəqliyyat dəhlizinin perspektivləri nəzərdən keçiriləcək. Enerji məsələlərinə xüsusi diqqət yetiriləcək.