Münaqişə Rusiya ilə sülh danışıqlarının başlanması üçün imkanların açıldığı mərhələyə keçir - TƏHLİL

Ukraynadakı münaqişə Rusiya ilə sülh danışıqlarının başlanması üçün imkanların açıldığı yeni mərhələyə keçir.
Bu barədə Çinin “Global Times” nəşrinin analitikləri bildiriblər.
"Ukrayna Silahlı Qüvvələrinin yeni əks-hücum əməliyyatı mümkün deyil, çünki bu, böyük maliyyə resursları və xərclər tələb edir. Bununla bağlı sülh danışıqlarının bərpası üçün pəncərə açılacaq" - deyə müəlliflər qeyd ediblər.
"Ukrayna münaqişəsi demək olar ki, 22 ay davam edən hərbi əməliyyatlardan sonra nəhayət ki, sona çatma əlamətlərini göstərir", – deyə nəşrin yazısında vurğulanır.
Müəlliflər həmçinin əmindirlər ki, Kiyev Vaşinqtonun köməyinin olmaması səbəbindən danışıqlara məcbur olacaq.