Bu dövlət qurumu multi-full xidməti avtomobillər alır


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yeni xidməti avtomobillər alır.


İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, ümumilikdə 8 minik avtomobilinin alınması nəzərdə tutulub.

Alınması planlaşdırılan avtomobillərin texniki xarakteristikası müəyyənləşdirilib.

Nəqliyyat vasitələrinə qoyulan tələb onların rənginin qara, sedan tipli, ilinin minimum 2023-cü il, yanacaq növünün hybrid (benzin), oturacaqların və sükanın dəri, eləcə də oturacaq sayının 5 olmasıdır.

Bundan əlavə, sürücü dizi üçün təhlükəsizlik yastığı, usaqlar üçün qoruyucu kəmərləri, sükanda audio və telefon idarəetmə sistemi, arxa oturacaqların 60/40 qatlanması, avtomatik tənzimlənən sürücü oturacağı, qızdırılan sürücü və ön sərnişin oturacaqları, açarsız daxilolma və bir toxunuşla işəsalma, yağış və işıq sensorları, 2 zonalı avtomatik kondinsioner, multi-məlumat displeyi, təkərin təzyiqinə nəzarət sistemi, kuzov rəngində avtomatik tənzimlənən, qatlanan, qızdırılan yan güzgülər, yan güzgülərdə dönmə işıqları, arxa görüntülü kamera, arxa park sensorları olmalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu