ABŞ prezidentliyinə namizəd ölkəsini NATO-dan çıxmaq istəyir


Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Vivek Ramasvami ölkənin NATO-dan çıxmasını zəruri hesab edib.



Bunu “Politico” qeyd edib.

Nəşrin mənbələri bildirib ki, siyasətçi bu fikri şəxsi olaraq bir çox həmsöhbətinə ifadə edib. Eyni zamanda o, rəsmi çıxışlarında qeyd edib ki, NATO üzvlərinin əksəriyyəti hərbi töhfələrlə bağlı öhdəliklərini yerinə yetirmir. Ramasvami həmçinin Soyuq Müharibədən sonra alyansın genişlənməsinin Rusiya ilə toqquşma riskini lazımsız şəkildə artırmasından narahatdır.

“Politico” qeyd edib ki, respublikaçıların ideyaları həyata keçərsə, NATO-nun günləri sayılı olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu