Tayvan: "Adanın ətrafında Çin məxsus 3 yüksək hündürlük hava şarı aşkar edilib"


Çinlə suverenlik mübahisəsi olan Tayvanda həftə sonu keçiriləcək liderlik və qanunvericilik şurası seçkilərinə günlər qalmış adanın ətrafında Çinə məxsus 3 yüksək hündürlük hava şarı görünüb.



Bu barədə Tayvan Müdafiə Nazirliyinin sosial şəbəkədəki hesabından məlumat verilib.

Hava şarlarından biri Tayvan boğazında tərəflərin təsir zonalarını məhdudlaşdıracağı güman edilən hava və dəniz xətti olan "orta xətt"in üzərindən keçərək adanın üzərində yoxa çıxıb, digər ikisi isə şimaldan şərq istiqamətə dönüb.

Nazirlik həmçinin bildirib ki, bu gün səhər saatlarından etibarən adanın ətrafında Çin ordusuna aid 15 hərbi təyyarə və 4 döyüş gəmisi görünüb.

Yanvarın 13-də Tayvanda keçiriləcək seçkilər öncəsi Çinin yüksək hündürlükdə balonlarının ada ətrafında aktivliyinin artdığı müşahidə edilib.

Müdafiə Nazirliyinin yazılarında ilk dəfə qeyd olunan 17 dekabr 2023-cü ildən bəri adanın ətrafında görünən yüksək hündürlükdə hava şarlarının sayı 30-a çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu