ABŞ-dan açıqlama: "Türkiyəyə F-16-ların satışına dəstəyimiz davam edir"


Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi ABŞ administrasiyasının Türkiyəyə F-16 döyüş təyyarələrinin satışına dəstəyini davam etdirdiyini bildirib.



Kirbi gündəlik mətbuat brifinqində Türkiyəyə F-16 satışını dəyərləndirib.

Co Bayden administrasiyasının vəzifəyə gəldiyi gündən bu mövzuda eyni xətti izlədiyini qeyd edən Kirbi, "Vəzifəyə gəldiyimiz gündən bu mövzuda ardıcıl siyasət mövqeyimiz var. Biz əlavə F-16-ların satışını dəstəkləməyə və Türkiyənin F-16 donanmasının modernləşdirilməsi davam edirik”.

Kirbi F-16-ların satışı ilə bağlı Konqresə rəsmi bildirişin nə vaxt veriləcəyi ilə bağlı satış cədvəli ilə bağlı dəqiq bir tarix verə bilməyəcəyini bildirib.

2021-ci ilin oktyabrında Türkiyə ABŞ-a 40 blok-70 F-16 döyüş təyyarəsi və 79 modernləşdirmə dəsti almaq niyyəti məktubu göndərib. ABŞ administrasiyası indiyə qədər verdiyi açıqlamalarda F-16-ların Türkiyəyə satışını dəstəklədiyini bildirsə də, Konqresə nə vaxt rəsmi bildiriş verəcəyi ilə bağlı dəqiq açıqlamalardan yayınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu