KİV: Vaşinqton və Bağdad Amerikanın İraqdakı hərbi mövcudluğunun gələcəyini müzakirə edəcək


ABŞ-ın CNN telekanalı iddia edib ki, Vaşinqton və Bağdad administrasiyası Amerikanın İraqdakı hərbi varlığının gələcəyi ilə bağlı tezliklə danışıqlara başlayacaq.


CNN məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən xəbər verib ki, iki ölkə rəsmiləri ABŞ-ın başçılıq etdiyi İŞID terror təşkilatına qarşı koalisiyanın növbəti mərhələsini müzakirə edəcəklər.

Xəbərə görə, yaxın vaxtlarda başlayacaq danışıqların bəzilərində ABŞ-ın İraqdakı hərbi varlığına son qoymağın mümkünlüyünün və vaxtının müəyyənləşdirilməsinə diqqət yetiriləcəyi gözlənilir.

“ABŞ İraqdakı şəraitə, o cümlədən İŞİD-ə qarşı mübarizənin davam etdirilməsinə, hökumətin və İraq təhlükəsizlik qüvvələrinin sabitliyinə əsaslanan cədvələ üstünlük verir”, - deyə mənbələr CNN-ə bildiriblər.

Danışıqlarda ABŞ tərəfdən diplomatlar və hərbi rəsmilər iştirak edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu