Danimarka Bağdad səfirliyini bağlayır
![](/uploads/posts/2024-04/1713349271_danimarka-bayrak-depophotos-1704631_1.jpg)
Danimarka hökuməti 2020-ci ildə açdığı Bağdad səfirliyini bağlamaq qərarına gəldiyini açıqlayıb.
Danimarka Xarici İşlər Nazirliyi öz internet səhifəsində Bağdad səfirliyinin vəziyyəti ilə bağlı açıqlama verib.
Açıqlamada NATO-nun İraqdakı Təlim və Məsləhət Missiyasına (NMI) töhfə vermək üçün 2020-ci ildə Danimarkanın Bağdadda açdığı səfirliyin mandatının sona çatdığı, lakin Kopenhagenin az sayda personalla NMI-yə töhfə verməyə davam edəcəyi ifadə edilib.
Danimarka ordusunun əksər personalının İraqdan çıxarılması ilə Bağdad səfirliyinin səlahiyyətlərinin daraldığı qeyd edilən açıqlamada, "Bu səbəbdən Danimarka hökuməti 31 may 2024-cü il tarixindən etibarən səfirliyini bağlamağa qərar verdi" ifadəsi işlədilib.