Almaniyada immiqrantlar olmadan heç nə işləməz - Almaniyanın keçmiş prezidenti


Almaniyanın keçmiş prezidenti Kristian Vulf immiqrantlar olmadan Almaniyada heç bir şeyin işləməyəcəyini bildirib.


Vulf, "Tagesspiegel" qəzetinə verdiyi açıqlamada, son həftələrdə Almaniyada immiqrasiya ilə bağlı artan müzakirələrə diqqət çəkərək, "Almaniyada immiqrant mənşəli insanlar olmadan heç bir şey işləyə bilməz. İmmiqrasiya olmasa, itkilərimiz olar. Otellərin, restoranların, apteklərin, xəstəxanaların və qayğı mərkəzlərinin vəziyyətini bir düşünü" - deyə bildirib.

Almaniyada müsəlmanların mediada necə qəbul edildiyinə dair keçmiş araşdırmalara toxunan Vulf sözlərini belə davam etdirib: "Almaniyada müsəlmanlar əslində yalnız cinayət, terror və ya hicabdan söhbət gedəndə qəbul edilir. Bu, heç də həqiqəti əks etdirmir. Bura milli futbol komandamızın kapitanı (İlkay Gündoğan) və COVID-19 peyvəndini istehsal edənlər daxildir. (Uğur Şahin və Özlem Türeci).Bütün qonşularımız, həmkarlarımız, sülh içində, qanunun aliliyinə hörmətlə yaşayan insanlardır”.

Almaniya Silahlı Qüvvələrində təxminən 5 min müsəlman əsgərin xidmət etdiyini vurğulayan Vulf, "Amma demək olar ki, heç kimin bundan xəbəri yoxdur. Onlar bizim üçün canları bahasına xidmət edir, biz isə ancaq problemlərdən danışırıq" - deyə qeyd edib.

Vulf Almaniyanın hələ də İslam, immiqrasiya və inteqrasiya ilə bağlı böyük çətinliklərlə üzləşdiyini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu