Almaniyada məscidlərə edilən hücumlar müsəlmanları narahat edir
Qərb ölkələrində, xüsusən də Almaniyada məscidlərə hücumların artması, göndərilən təhdid məktubları müsəlmanları narahat edir.
"İslam çətiri" təşkilatının nümayəndələri Almaniyada xüsusilə ifrat sağçı və ya terror təşkilatı üzvlərinin hücumları və təhdidləri ilə bağlı müvafiq ölkələrin rəsmilərini və siyasətçilərini bu problemin həlli istiqamətində fəaliyyət göstərməyə dəvət ediblər.
Milli Gorus İslam İcmasının (İGMG) sədri Kamal Ergün təəssüflə məscidlərə hücumların artmaqda davam etdiyini bildirib.
"Məscidlərimizə və qurumlarımıza hücumlarla yanaşı, keçmişdə bir çox insanımızın ölümünə səbəb olan Milli Sosialist Yeraltı (NSU) terror təşkilatına aid təhdid məktubları da gəlir. Bu inkişaflar bizi qorxutmayacaqq. Son dərəcə aşağı təsbit faiz bizi düşündürür. Bu, ciddi problemdir. Biz dövlət təhlükəsizlik qurumlarından hər bir sübutu təfərrüatlı şəkildə araşdırıb, cinayətkarları müəyyən etmələrini gözləyirik. Siyasətçilər də bu hücumları daha ciddi şəkildə gündəmə gətirməlidirlər. Çünki bu hücumların altında yatan anlayışa irqçilik deyilir. Təəssüf ki, irqçilik Almaniyanın bir parçasıdır.Almaniyanın irqçi və faşist siyasi partiyasının son anketlərdə ikinci ən güclü partiya olması nə qədər təhlükəli bir mühitə doğru getdiyimizi göstərmək üçün kifayətdir" - deyə Ergün qeyd edib.
Almaniya İslam Şurasının prezidenti Burhan Kesici son vaxtlar məscidlərə qarşı hücumların intensivləşməsinin onları əsəbiləşdirdiyini bildirib. Sağçı qruplaşmanın uzun müddətdir müsəlmanları hədəf aldığını ifadə edən Kesici bildirib ki, indiyə qədər siyasətçilər və elm adamları çox az etiraz ediblər: "Almaniyada 1500-ə yaxın məscid var. Bəlkə də hamısı üçün heç bir qoruma tədbiri olmasa belə. Mən hesab edirəm ki, həftə sonları polis qarşısından keçib bu yerlərin nəzarətdə olduğunu göstərsəydi, bəlkə də bu hücumlar, təhdidlər azalardı".