Norveç polisi məscidlərə qarşı təhdidlər artdıqdan sonra silahlandırılıb


Norveçin paytaxtı Osloda məscidlərə qarşı təhdidlər artdıqdan sonra polis əməkdaşlarının silahlandığı açıqlanıb.



Bu barədə Oslo polis rəisi Oyvind Hammervold ölkəsinin NRK dövlət televiziyasına açıqlama verib.

Oslodakı müsəlman icmalarına qarşı təhdidlərlə bağlı sosial mediada bildirişlər aldıqlarını ifadə edən Hammervold, "Norveç Kəşfiyyat və Təhlükəsizlik Təşkilatı (PST) ilə təhdidləri edənləri üzə çıxarmaq üçün işləyirik. Polis növbəti xəbərdarlığa qədər silah gəzdirməyə və saxlamağa davam edəcək" qeyd edib.

Qeyd edək ki, ciddi təhlükələr olmadığı halda Norveçdə polis silahsız xidmət edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu