Ukrayna “İvanovets” raket qayığını məhv etdiyini açıqladı


Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi Rusiyanın Qara dəniz donanmasına məxsus “İvanovets” raket katerini məhv etdiklərini bildirib.


Müdirliyin verdiyi açıqlamaya görə, gecə saatlarında Rusiyanın Qara dəniz donanmasına aid bir qayığa qarşı xüsusi əməliyyat keçirilib.

Sözügedən qayıq əməliyyat zamanı Rusiyanın qeyri-qanuni ilhaq etdiyi Krımın Donuzlav gölündə gövdəsinə ardıcıl zərbələr endirilməsi nəticəsində yenidən hərəkət edə bilməyəcək dərəcədə zədələnib və batıb.

Qayığın dəyərinin təxminən 60-70 milyon dollar olduğu bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu