Məhkəmə İmran Xan və arvadını 7 il həbs cəzasına məhkum etdi


Pakistanda məhkəmə həbsdə olan keçmiş baş nazir İmran Xan və həyat yoldaşı Büşra Bibi qanunsuz nikahda olduqlarını əsas gətirərək hər birini 7 il həbs cəzasına məhkum edib.



Ölkə mətbuatında yer alan xəbərə görə, Büşra Bibinin keçmiş əri Havar Manekanın məhkəməyə etdiyi müraciətdə İmran Xan və Bibinin evliliyinin qeyri-qanuni olduğu barədə qərar açıqlanıb.

Məhkəmə həbsdə olan keçmiş baş nazir Xan və həyat yoldaşı Bibinin qanunsuz nikahda olduqlarını əsas gətirərək hər birinin 7 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.

Qərarda Han və həyat yoldaşına 3 min 575 dollar pul cəzası kəsilib.

Bibidən ayrıldıqdan təxminən 6 il sonra Maneka məhkəməyə İmran Xan və Bibinin qeyri-qanuni nikahda olduqlarını iddia edərək etiraz etmişdi.

Maneka etirazında Bibinin ondan boşandıqdan sonra “iddat” adlanan gözləmə müddətindən əvvəl İmran Xanla evləndiyini, evliliyin İslami evlilik şərtlərinə uyğun olmadığını və qeyri-qanuni olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu