Cənubi Koreyada 450 mindən çox insan efv edildi


Cənubi Koreya prezidenti Yoon Suk Yeol keçmiş müdafiə naziri və keçmiş prezidentin şəxsi katibi də daxil olmaqla 450 mindən çox insan üçün xüsusi əfv sərəncamı verib.



“Yonhap” xəbər verir ki, Yoon Nazirlər Kabinetinin iclasında Ay Yeni ili münasibətilə əfv elan olunduğunu açıqlayıb.

Əfvin iqtisadiyyatı canlandıracağına ümid etdiyini bildirən Yoon, keçmiş müdafiə naziri Kim Kvan-jin və keçmiş prezident Park Geun-hye-nin şəxsi katibi Kim Ki Çun da daxil olmaqla, 450 mindən çox insanın əfvdən faydalanacağını bildirib.

Cənubi Koreya rəsmiləri prezident Yoonun 2022-ci ildə vəzifəyə gəldiyindən bəri dördüncü əfv aktının sabah qüvvəyə minəcəyini açıqlayıb.

Cənubi Koreyada hökumət adətən Yeni il ərəfəsində və ya avqustun 15-də qeyd olunan Müstəqillik Günündə yaxşı davranışı mükafatlandırmaq və milli harmoniyanı təşviq etmək üçün məhkum edilmiş siyasətçilər, korporativ rəhbərlər və digər cinayətkarlar üçün xüsusi əfv fərmanları verir.

Keçmiş prezident Park Geun-hye 2017-ci ilin martında rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər ittihamlara görə vəzifəsindən uzaqlaşdırılıb, daha sonra həbs edilib. Park korrupsiya ittihamı ilə 5 il həbsdə yatdıqdan sonra 2021-ci ilin dekabrında prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu