Hava limanında mumiya həyəcanı - Yemək üçün gətirib...


ABŞ-da hava limanında gömrük işçiləri çamadanda mumiyalanmış meymun qalıqları tapıblar.



Massaçusets ştatının Boston şəhərindəki Loqan Beynəlxalq Hava Limanında adi yoxlamalar zamanı gömrük əməkdaşları Konqo Demokratik Respublikasından (DRC) ABŞ-a gələn sərnişinin baqajında ​​meymun qalıqları aşkar ediblər.

ABŞ Gömrük və Sərhəd Mühafizəsi tərəfindən verilən açıqlamada, xüsusi təlim keçmiş K9 iti Buddey sayəsində yanvarın 8-də baş verən hadisədə 4 meymunun qalıqlarının tapıldığı bildirilib.

Səlahiyyətlilər şəxsiyyətini açıqlamadıqları sərnişinin DRC-yə getdikdən sonra Parisdə birləşdirici reys ilə ABŞ-a qayıtdığını bildirib.

Bildirilib ki, sərnişin çamadanında qurudulmuş balıq olduğunu deyib, lakin sonradan aparılan müayinələr nəticəsində ümumi çəkisi 4 kiloqram olan meymun cəsədi aşkar edilib.

ABŞ Gömrük və Sərhəd Mühafizəsinin sözçüsü Rayan Bissette bildirib ki, sərnişin daha sonra meymunları yemək üçün özü ilə apardığını deyib.

Bissette vəhşi heyvan ətinin Ebola kimi epidemik xəstəliklərə səbəb ola biləcəyi üçün ölkəyə girişinin qadağan edildiyini xatırladaraq, meymun cəsədlərinin ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri tərəfindən məhv ediləcəyini bildirib.

Qurum rəsmisi bildirib ki, sərnişinlə bağlı heç bir hüquqi tədbir başlanmayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu