Boykotlar İsrail brendlərinin marka dəyərini aşağı salır


Boykotlar İsrail şirkətlərinin marka dəyərini ciddi şəkildə aşağı salıb. İsrail, müsbət qarşılandığı ABŞ-da belə istehlakçı boykotları ilə üzləşib.


Başkent Universiteti Biznesin İdarəedilməsi bölümünün müəllimi Fəridə Bahar İşin belə bir hesablama aparıb. İşin bütün dünyada İsrail məhsullarına qarşı davam edən boykotlarla bağlı açıqlamasında İsrailin Qəzzaya hücumlarından sonra istehlakçı qruplarının kütləvi etiraz aksiyaları keçirməyə başladığını xatırladıb.

Boykotun iki tərəfli olduğunu açıqlayan İşin şirkətlərin İsrail məhsullarını satmaqda tərəddüd etdiyini və istehlakçıların İsrailə boykotla reaksiya verdiyini bildirib.

Hazırda dünyada hər iki boykot növü gördüklərinə diqqət çəkən Işın bu prosesdə təkcə istehlakçıların deyil, qeyri-hökumət təşkilatlarının və hökumətlərin də fəal iştirak etdiyini bildirib.

Bir çox ölkədə alış-veriş prosesinə həssas yanaşıldığını və etiketlərin araşdırıldığını bildirən İşin buna misal olaraq Fransanı göstərib. "Oxşar reaksiyalar təkcə Fransadan deyil, digər ölkələrdən də gəlir" - deyə o qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu