Almaniya müdafiəyə daha çox pul xərcləyəcəyini açıqladı


Berlin müdafiə sektorunda llərlə diqqətsizliyi kompensasiya etmək niyyətindədir.



Almaniyanın hərbi xərcləri əhəmiyyətli dərəcədə arta və ÜDM-in 3,5 faizini təşkil edə bilər. “Bloomberg” xəbər verir ki, bunu Almaniya Müdafiə Nazirliyinin (MN) rəhbəri Boris Pistorius deyib.

Eyni zamanda nazir qeyd edib ki, ölkənin öz müdafiə sənayesinə investisiyanın həcmi ilə bağlı konkret rəqəmlər Almaniyadakı iqtisadi vəziyyətdən asılı olacaq. Pistorius həmçinin ümidvar olduğunu bildirib ki, digər NATO üzvləri də Qərb hərbi blokunun hər bir üzvünün müdafiə xərclərinə ÜDM-in iki faizi öhdəliyinə nail olmaq üçün bundan nümunə götürəcəklər.

Fevralın 17-də Pistorius Qərbə Rusiya ilə münasibətlərdə çoxillik münaqişəyə hazırlaşmağı tövsiyə edib. Onun fikrincə qitədə ümumi təhlükəsizlik arxitekturasının qurulması uğursuzluğa düçar olub. O, hesab edir ki, Moskva Şərqi və Mərkəzi Avropada öz hökmranlığını bərpa etmək istəyir. Bu baxımdan nazirin fikrincə effektiv çəkindirmə Avropa üçün həyat sığortasıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu