Stomatoloqlar xəstələri belə aldadır - VİDEO


Diş həkiminə gedərkən, həkimin istifadə edəcəyi avadanlıqları açdığı qablaşdırmaya diqqətlə baxın.


AFN.az xəbər verir ki, bununla bağlı həkim-nevropatoloq Qalib Əsədov xəbərdarlıq edib. O, stomatoloqların xəstələri aldatdığını bildirib. Həkimin sözlərinə görə, əsl strelizasiya olunan qablaşdırma ilə saxtasının arasənda fərqlər var: "Ona görə də insanlar diqqətli olmalıdırlar. Əsl qablaşdırmanın kənarlarında qara xətlər olur, saxtalarda isə bu olmur. Odur ki, həkim qablaşdırmanı açarkən mütləq diqqətlə baxmaq lazımdır. Əgər kənarında qara xətt, arxasında imza-möhür yoxdursa, o həkimdən imtina edin. Çünki o alətlər strelizasiya olunmayıb. Bu isə sizin müxtəlif xəstəliklərə yoluxmanıza səbəb ola bilər".
Qeyd edək ki, həkim bu haqda "Space" TV-nin efirində də danışıb. Həmin videonu təqdim edirik:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu