"Kristal Abşeron"dan COP 29 öncəsi sürpriz layihə - VİDEO


Azərbaycan bu il möhtəşəm COP29 tədbirinə ev sahibliyi edəcək. Bununla ölkəmiz bütün dünyaya yaşıl enerji, yaşıl layihə mesajlarını verəcək. Dünyanın yüzlərlə, minlərlə nümayəndəsi və yaşıllığın müdafiəsində olan ölkələr paytaxtımızda beynəlxalq layihədə iştirak edəcəklər. Bu tədbir dövlətin birbaşa nəzarətində olan hadisədir.


Belə bir vaxtda "Kristal Abşeron" şirkəti ekologiya adına rüsvayçı bir işə başlayıb. Şirkət yüzlərlə sakinin məskunlaşacağı tikinti layihəsini bataqlıqda reallaşdırmağa hazırlaşır. TİA.az saytının verdiyi məlumara görə, bundan əvvəl “Qobu Park 2” layihəsində əyri bina tikib vətəndaşların həyatını təhlükəyə atan "Kristal Abşeron" indi də bataqlığı qurudub yeni binalar inşa etməyə başlayır. Belə ki, Yasamal ərazisində, MİDA evlərinin yaxınlığında yerləşən göl-bataqlıqda artıq "qurutma işlərinə" start verilib. Gecə-gündüz bilmədən ərazidə iş aparılır ki, bataqlıq tez qurudulsun. Əraziyə torpaq daşınır, bataqlıq doldurulur. Bataqlıq doldurulduqdan sonra ərazidə hündürmərtəbəli binaların inşasına başlanılacaq. Artıq təxmin etmək olur ki, bataqlıq üzərində tikiləcək binada vəziyyət necə olacaq. “Kristal Abşeron”un indiyə qədər inşa etdiyi əksər binalarda sakinlərin ən çox şikayəti həmişə mənzillərin nəm olması, divarların kiflənməsi ilə bağlı olub. Bataqlıq üzərində inşa ediləcək binadakı mənzillərdə də indidən vəziyyəti təsəvvür etmək mümkündür.

Bu ərazidə tikinti işlərinin aparılması ciddi müzakirələrə səbəb olub. Ekspertlər, müxtəlif tikinti mütəxəssisləri, eləcə də ayrı-ayrı sosial media fəalları sual edirlər ki, belə bir bataqlıq ərazinin qurudulub yerində binalar inşa edilməsi nə dərəcədə tikinti normativlərinə uyğundur? Amma “Kristal Abşeron” şirtkəti heç bir cavab vermir.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu