Yaponiyada əyləncə parkı terror təhlükəsi şübhəsi ilə müvəqqəti bağlanıb


Yaponiyanın paytaxtı Tokioda "Hello Kitty" xarakterli əyləncə parkı terror təhlükəsi ilə bağlı xəbərdarlıq aldıqdan sonra müvəqqəti bağlanıb.



Rəsmi Kyodo agentliyinin məlumatına görə, paytaxtın qərbində yerləşən Tama bölgəsindəki “Sanrio Puroland” əyləncə parkının rəhbərliyinə “təhlükəli” başlıqlı elektron məktub daxil olub.

Terror təhlükəsi olaraq xarakterizə edilən e-poçtda əyləncə parkı ərazisinə təhlükəli obyektin yerləşdirildiyi xəbərdarlığı edilib.

Sözügedən elektron məktub park rəhbərliyi tərəfindən hüquq-mühafizə orqanlarına məlumat verilib. Bildirişdə terror təhlükəsindən şübhələndiyi bildirilib.

Əraziyə göndərilən polislər tərəfindən əyləncə parkında aparılan axtarışlar zamanı heç bir şübhəli obyektin aşkar edilmədiyi açıqlanıb.

NHK dövlət televiziyasının məlumatına görə, hüquq-mühafizə orqanları təhlükəli obyekt barədə elektron poçt xəbərdarlığının mənbəyini araşdırır.

Həm uşaqlar, həm də böyüklər üçün "Hello Kitty" də daxil olmaqla bir çox Sanrio brendinin cizgi filmi personajlarının yer aldığı qapalı əyləncə parkı 1990-cı ilin dekabrında açılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu