Hindistanda İspan cütlüyə qarşı təcavüz edən 8 nəfər tutuldu


Hindistan polisi Braziliya-İspaniya vətəndaşlığı olan qadına qarşı kütləvi cinsi təcavüz edən və ərinə hücum edən bütün şübhəlilərin saxlanıldığını açıqlayıb.


Hücuma məruz qaldıqlarını bir video ilə açıqlayan Braziliya-İspan cütlük səfərə getdikləri Hindistanın Hansdiha bölgəsində cinsi və fiziki hücuma məruz qaldıqlarını bildiriblər.

Hindistan polisi bazar günü verdiyi açıqlamada 3 nəfərin saxlanıldığını bildirib. Polis dünən açıqlama verərək, "01.03.2024-cü il tarixində Hansdiha polis bölməsi ərazisində əcnəbi qadına qarşı cinsi təcavüzdə iştirak edən 8 cinayətkarın hamısının nəzarətə alındığını ​​və bütün cinayətkarlar haqqında ətraflı araşdırma başladıldığını bildirib.

Motosikletləri ilə dünyanı gəzən və bunu sosial media hesablarında paylaşan cütlük Hindistan səfərindən əvvəl getdikləri Əfqanıstandan ölkənin tarixini və Taliban rəhbərliyi ilə fotoşəkillərini paylaşıblar.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu