Rusiya agenti Ukraynadan qaçarkən tutulub


Ukrayna Təhlükəsizlik Xidməti (SBU) şərq cəbhəsində Ukrayna ordusu ilə bağlı kəşfiyyat məlumatları toplayan rus agentinin Ukraynadan qaçarkən ələ keçirildiyini açıqlayıb.



Qaçmaq istəyərkən tutulan agentin Donetsk bölgəsində vəzifəsini başa vurduqdan sonra Vinnitsa bölgəsinə getdiyi və oradan Dnestryanıya keçmək istəyərkən yaxalandığı bildirilib.

SBU agentin Moskva Dövlət Universitetinin hüquq fakültəsinin məzunu olması və Rusiyada təhsil alarkən Rusiya xüsusi xidmət orqanlarının diqqətini çəkdiyi barədə məlumat paylaşıb. Agentin təhsilini başa vurub Ukraynaya qayıtdıqdan sonra Rusiyanın xeyrinə heç bir kəşfiyyat fəaliyyəti həyata keçirmədiyi, lakin bu fəaliyyətlərə Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra başladığı bildirilib.


SBU tərəfindən verilən açıqlamada agentin Ukraynadan Moldovaya üzərək keçməyə çalışdığı bildirilib. Təhlükəsizlik əməkdaşları şübhəlini dalğıc paltarı və üzgəclərindən istifadə edərək sərhəd çayını keçməyə hazırlaşarkən saxlayıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu