Əfsanəvi belçikalı futbolçu Leon Semmelinq dünyasını dəyişdi


Karyerası boyu “Standard Lyej”də çıxış edən Belçika millisinin futbolçusu Leon Semmelinq 84 yaşında dünyasını dəyişib.



Karyerasına “Standard Lyej”də başlayan və eyni komandada başa vuran belçikalı futbolçu 6 il oynadığı klubun kapitanı olub və 5 dəfə çempion olub.

Boyu qısa olduğuna görə "Kiçik Leon" mənasını verən "P'tit" Leon ləqəbini alan oyunçu topu sürətlə irəli aparmaqla tanınan sağ cinah oyunçusu olub.

Öz xəttindən qaçmağa başlayanda rəqiblərini asanlıqla arxada qoyan Semmelinq, ümumiyyətlə topla cərimə meydançasına daxil olması və penalti təyin olunana qədər topu heç kimə verməməsi ilə diqqət çəkib.

35 dəfə Belçika millisində çıxış edən "P'tit" Leon ilk oyununu 1961-ci il mayın 20-də İsveçrəyə qarşı keçirib. Semmelinq 1970-ci ildə Meksikada keçirilən Dünya Çempionatında və 1972-ci ildə Belçikada keçirilən Futbol üzrə Avropa Çempionatında milli komandasında çıxış edib.

Sonrakı illərdə dizindən zədə alan təcrübəli futbolçu son milli matçını 1973-cü il noyabrın 18-də Hollandiyaya qarşı keçirib. Matç 0:0 hesabı ilə başa çatdığından Belçika 1974-cü il Dünya Çempionatına viza ala bilməyib.

Mənbə: Haberglobal.com.tr




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu