Yaponiyanın son 17 ildə ilk dəfə olaraq faiz dərəcələrini artıracağı gözlənilir


Yaponiya Bankı böyük şirkətlər və həmkarlar ittifaqlarının bu il əhəmiyyətli əmək haqqı artımına razılıq əldə etdikdən sonra, uzunmüddətli monetar yumşalma siyasətində dönüş nöqtəsini olaraq 2007-ci ilin fevralından bəri ilk faiz dərəcəsi artımına hazırlaşır.



Dünyanın aparıcı mərkəzi bankları ABŞ Federal Ehtiyat Sistemi (FED), Avropa Mərkəzi Bankı (ECB) və İngiltərə Bankı (BoE) pandemiyadan sonra rekord səviyyələrə yüksələn inflyasiyanın qarşısını almaq üçün faiz dərəcələrini artırsa da BoJ həddindən artıq boş pul siyasətini davam etdirdi.

Yaponiyada həmkarlar ittifaqları və işəgötürənlər arasında "Şunto" adlı yaz əmək haqqı danışıqlarında güclü maaş artımı ola biləcəyinə dair işarələrdən sonra BoJ-nin 2007-ci ilin fevralından bu yana ilk faiz artımını edə biləcəyi və mənfi siyasət faiz dərəcəsindən imtina edəcəyi qiymətləndirməyə başlayıb.

Bankın inflyasiya çətinlikləri və qiymət sabitliyini təmin etmək istəyi səbəbiylə mənfi faiz dərəcələrindən çıxa biləcəyi gözləntiləri ilə bütün diqqətlər BOJ-un 18-19 mart tarixlərində keçiriləcək pul siyasəti toplantısındadır.

Bəzi analitiklər BoJ-nin gələn həftə bir siyasət addımı atacağını gözləsələr də, bankın həmkarlar ittifaqları və işəgötürənlər arasında əmək haqqı danışıqlarını dəyərləndirməsi və aprel ayında ilk faiz artımını həyata keçirməsi ehtimalı da müzakirə edilir.

Qeyd edək ki, BoJ kütləvi monetar genişlənmənin simvolu olaraq görülən mənfi faiz dərəcələrini tətbiq edən dünyada yeganə mərkəzi bank olaraq seçilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu