İtaliyada su elektrik stansiyasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 7-yə yüksəlib - YENİLƏNİB


Aprelin 9-da İtaliyanın Suviana gölündə Bargi su elektrik stansiyasında baş verən partlayışda həyatını itirənlərin sayı son itkin şəxsin tapılması ilə 7-yə yüksəlib.

Bu barədə məlumat İtaliya yanğınsöndürmə briqadasının (Vigili del Fuoco) X sosial şəbəkə hesabında qeyd edilib.


***

Aprelin 9-da İtaliyanın Suviana gölündəki Bargi su elektrik stansiyasında baş verən partlayışda ölənlərin sayı 6-ya yüksəlib.



Toskana və Emilia Romagna bölgələri arasında Apennin dağlarında yerləşən Suviana gölündə enerji şirkətinə məxsus Enel Bargi su elektrik stansiyasında ötən gün baş verən partlayışda ölənlərin sayı artıb.

İtaliyanın "Rainews24" kanalının xəbərinə görə, dalğıclar yerdə və göldə axtarış apararaq itkin düşən 4 nəfərdən 3-nün meyitini tapıblar. Bununla da təbii fəlakətdə ölənlərin sayı 6-ya yüksəlib.

Bildirilib ki, son itkin düşmüş şəxsin axtarışları davam edir və ümidlər getdikcə azalır.

Bolonya Baş Prokurorluğunun stansiyada baş verən partlayışla bağlı açdığı istintaq çərçivəsində araşdırmaların davam etdiyi bildirilib.

Bildirilib ki, stansiyanın tabe olduğu “Enel” şirkəti həlak olanların ailələrinə və xəsarət alanlara psixoloji dəstək verməyə başlayıb.

Digər tərəfdən ölkədə baş verən iş qəzalarında işçilərin həlak olması bu gün keçirilən ümumi tətillə etiraz edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu