İtaliyada su elektrik stansiyasında partlayış nəticəsində 4 nəfər ölüb


İtaliyanın şimalındakı Suviana gölündə su elektrik stansiyasında baş verən partlayış nəticəsində 4 nəfər həyatını itirib.



İtaliyanın ANSA agentliyinin xəbərinə görə, Emilia Romagna və Toskana bölgələri arasında sərhədi təşkil edən Apennin dağlarında Suviana gölündə yerləşən Enel enerji şirkətinin su elektrik stansiyasında partlayış baş verib.

Boloniya Qubernatorluğundan verilən məlumatda elektrik stansiyasında işləyən 4 nəfərin öldüyü, 5 nəfərin yaralandığı, itkin düşənlərin sayının isə 3 olduğu bildirilib.

Mətbuatda dərc olunan müvafiq xəbərlərdə transformatorların yerləşdiyi 9-cu mərtəbə baş verən partlayışdan sonra stansiyada yanğının baş verdiyi, yanğınsöndürmə qruplarının alovlara müdaxilə etməkdə çətinlik çəkdiyi qeyd edilib.

Partlayışın niyə və necə baş verdiyi ilə bağlı stansiyadan məsul olan enerji şirkəti Enelin araşdırma başlatdığı bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu