Şair Salam Sarvan yenidən əməliyyat olunacaq
Şair Salam Sarvanın hazırda müalicəsi evdə davam etdirilir.
Bu barədə APA-ya şair özü məlumat verib.
Şair bildirib ki, iki əməliyyat keçirib: “Bir dəfə də əməliyyat olunmalıyam. O da, yəqin ki, gələn həftə olacaq”.
Salam Sarvan səhhətində irəliləyiş hiss etdiyini əlavə edib.