Avstraliyada müsəlmanlar polis tərəfindən ayrı-seçkiliyə məruz qaldıqlarını deyirlər


Avstraliyadakı müsəlmanlar aprel ayında Sidneydə baş verən hücumlardan sonra müsəlmanlara qarşı əhval-ruhiyyənin sərtləşdiyini, eyni zamanda hökumət rəsmilərinin də fərqli rəftarlarının müşahidə edildiyini bildirirlər.


Aprelin 13-də Sidneyin şərqindəki "Uestfield Bondi Junction" Ticarət Mərkəzində bıçaqlı hücum nəticəsində 6 nəfər həyatını itirib. Avstraliya polisi hadisədən bir neçə gün sonra hücumçunun bunu psixi sağlamlıq problemlərinə görə törətdiyini bildirib. Lakin aprelin 15-də Sidneydəki kilsədə ibadət zamanı hücum edən şəxsin sağlamlıq problemlərindən bəhs etməyib və hadisəni qısa müddət ərzində "terror hücumu" kimi qiymətləndirib.

Avstraliya İmamlar Şurasının sədri Şeyx Şadi əl-Süleyman Avstraliyadakı hücumlardan sonra müsəlmanlara qarşı artan mənfi münasibətdn danışıb. “Biz hesab edirik ki, hücumlar arasında bərabər münasibət müşahidə olunmayıb” - deyə o qeyd edib. Sözügedən iki hücumda eyni cinayətin fərqli şəkildə tərif edildiyini bildirən Süleyman, bu vəziyyəti "ikili standartlar" olaraq xarakterizə edib.

Səlahiyyətlilərin iki hücuma yanaşmasının bərabər olmadığına diqqət çəkən Şura sədri "Hücumlardan birinin psixi problemlərdən qaynaqlandığı bildirilərkən, digəri üçün hücumu şüurlu şəkildə etdiyi bildirildi. Burada ciddi ədalətsizlik var” - deyə bəyan edib.

Polisin istifadə etdiyi dilin vəziyyətə kömək etmədiyini qeyd edən Süleyman fərqli münasibətlə bağlı narahatlıqlarını aidiyyatı orqanlara çatdırdıqlarını, lakin aldıqları rəylərin inandırıcı olmadığını bildirib.

Aprelin 13-də Sidneydə ticarət mərkəzində bıçaqlı hücum nəticəsində 6 nəfər həyatını itirib. Hücum edən şəxs hadisə yerinə müdaxilə edən polis əməkdaşı Amy Scott tərəfindən vurularaq öldürülüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu