Aİ İsrailin Rəfah sakinlərinin təxliyəsi tələbini qəbuledilməz hesab edir


Avropa İttifaqı (Aİ) İsrailin Rəfah sakinlərinin təhlükəsiz ərazilərə təxliyəsi tələbini qəbuledilməz hesab edir.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel X sosial şəbəkəsində bildirib.

"Biz İsrail hökumətini beynəlxalq humanitar hüquqa hörmət etməyə və Rəfahda quru əməliyyatı keçirməməyə çağırırıq" - deyə AŞ rəhbəri qeyd edib.

Mişel həmçinin Avropa İttifaqından humanitar yardımın bölgəyə daxil olmasına icazə vermək üçün sərhəd keçid məntəqələrinin açılması ilə bağlı çağırışları təkrarlayıb. O, danışıqların davam etdirilməsinin vacibliyini də bəyan edib. Bundan əlavə, Mişel İsraillə yanaşı, sülh və təhlükəsizlik şəraitində yaşayacaq müstəqil Fələstin dövlətinin yaradılmasına çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu