Gürcüstan prezidenti xarici agentlərlə bağlı qanun layihəsinə veto qoyacaq
Gürcüstan prezidenti Salome Zurabişvili mayın 14-də ölkədə qəbul edilən xarici agentlər haqqında qanun layihəsinə veto qoymaq niyyətində olduğunu açıqlayıb.
O, bu barədə Amerikanın CNN International telekanalında Amanpour proqramında iştirakı zamanı danışıb.
Zurabişvili CNN-ə qanuna veto qoyacağını, lakin ölkə parlamentinin sadə səs çoxluğu ilə bu qərarı ləğv edə biləcəyini bildirib.