Müasir cəmiyyətdən təcrid olunmuş bir qəbilə internetlə təmin edilib


Braziliyanın ən təcrid olunmuş qəbiləsi ilk dəfə yüksək sürətli internet əldə edib.



Amazon tropik meşələrinin dərinliklərində yaşayan Marubo xalqı planetin ən təcrid olunmuş nöqtələrindən birində yaşayır və qəbilə əsrlər boyu ənənəvi həyat tərzini qoruyub saxlayır.

Itui çayı boyunca kommunal daxmalarda yaşayan insanlar öz yeməklərini ovlayır və yetişdirir, öz dillərində danışır və son vaxtlara qədər internetin nə olduğunu bilmirdilər. Ancaq İlon Maskın 2022-ci ildə Braziliyada istifadəyə verdiyi peyk internet xidməti "Starlink" bu vəziyyəti dəyişdirib. Belə ki, qəbilənin kəndindəki dirəklərə antenalar bağlanıb və təcrid olunmuş qəbilə internetlə təmin olunub.

Mənbə: Metro



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu