Tuva Cihangir Ataseverin kosmosa səyahəti bu gün reallaşacaq


Türkiyə astronavtı Tuva Cihangir Atasever bu gün suborbital tədqiqat uçuşunu həyata keçirəcək.



ABŞ aralarında Tuva Cihangir Ataseverin də yer alacağı "Virgin Galactic"in "VSS Unity" suborbital vasitəsini daşıyan təyyarəni yerli vaxtla saat 08:30 (Bakı vaxtı ilə 18:30) radələrində Nyu Meksikodakı Spaceport limanından havaya qaldırmağı planlaşdırır.

Ataseverin tədqiqat astronavtı olduğu 6 nəfərlik “Qalaktik 07” komandasının tərkibində ABŞ-dan iki özəl astronavt, İtaliyadan bir özəl astronavt və 2 pilot yer alacaq.

Təxminən 1 saat 10 dəqiqə davam etməsi planlaşdırılan uçuşda "VSS Unity" suborbital vasitəsinin daşıyıcı təyyarə vasitəsilə təxminən 45 min fut, daha sonra hibrid yanacaq raket mühərriki ilə alovlanaraq təxminən 90 kilometr yüksəkliyə çıxması gözlənilir.

Ataseverin təxminən 3 dəqiqəlik sərbəst düşmə mərhələsində mikroqravitasiya mühitində 7 elmi təcrübə həyata keçirməsi planlaşdırılır.

Qeyd edək ki, Tuva Cihangir Ataseverin anası azərbaycanlıdır və o bu yaxınlarda çıxışlarının birində orbitə Türkiyə və Azərbaycan bayraqlarını aparacağını açıqlmışdı.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu