Avropa Parlamenti yeni sağçı qrup yaratmağı planlaşdırır
Avropa Parlamenti (AP) iki sağçı fraksiya, "Avropa Mühafizəkarlar və İslahatçılar" (ECR) və "Şəxsiyyət və Demokratiya" fraksiyalarının birləşməsi yolu ilə yeni bir qrup yaratmağı düşünür ki, bu da onu qanunverici orqanın ikinci ən böyük qüvvəsinə çevirəcək.
Bunu Avstriya Azadlıq Partiyasından olan deputat Roman Hayder deyib.
“Bildiyiniz kimi, bizim Avropa Şurasında “mühafizəkarlar və islahatçılarla” ümumi qrupumuz var. Bəs niyə AP-də olmasın? Biz bunun üzərində işləyirik və 3 həftədən sonra nəticəsini görəcəyik”, - deyə deputat bildirib.
Hayder Portuqaliya və Xorvatiya kimi ölkələrdən millət vəkillərini qatdıqları üçün iki sağçı fraksiyanın mövqelərinin gücləndiyini vurğulayıb. Bundan başqa hər iki qüvvə səsvermə nəticəsində sayı artan istiqlalçı deputatların bir qismini öz tərəfinə çəkmək imkanlarını nəzərdən keçirir.