Brüssel hava limanında yanğın baş verib


Brüssel hava limanında Brucargo yük yerində yanğın baş verib.



Bu barədə "Euronews" xəbər verib.

Səlahiyyətlilərin sözlərinə görə, yanğın cümə axşamı yerli vaxtla səhər saat 4 radələrində başlayıb. Yanğının səbəbləri hələlik məlum deyil.

Hava limanının yaxınlığında yaşayan insanlara evdə qalmaq və pəncərələrini bağlı saxlamaq tövsiyə olunub.

Yanğın elektrik enerjisinin qısa müddətə kəsilməsinə səbəb olub, lakin hava limanının administrasiyasının sözlərinə görə, bu, hava limanının işinə təsir etməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu