Rusiyada müsəlmanlar Qurban bayramı namazı üçün məscidlərə axışıb


Rusiyanın paytaxtı Moskvada minlərlə müsəlman Qurban bayramı namazı zamanı məscidlərdən küçələrə axışıb.


Moskva müsəlmanları Qurban bayramı namazını qılmaq üçün Moskva Mərkəzi Məscidi, Xatirə məscidi, Tarixi məscid və şəhərin müxtəlif yerlərində namaz qılmaq üçün ayrılmış xüsusi ərazilərə toplaşıblar.

Məscidlərə sığmayan minlərlə müsəlman avtomobillərin hərəkəti üçün bağlanan prospektlərdə, küçələrdə, ərazilərdə və parklarda yığışıb.

Polisin gördüyü təhlükəsizlik tədbirləri altında müsəlmanlar özləri ilə gətirdikləri namaz xalçalarını düzüb, münasib yerlərdə bayram namazı qılıblar.

Rusiya Federasiyası Müsəlmanları Dini İdarəsinin və Müftilər Şurasının sədri Ravil Qaynutdin Moskva Mərkəzi Məscidində xütbə oxuyub, bayram namazı qılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu