“Qarabağ”ın ÇL-də rəqibi kim olacaq?


Bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.


“Qafqazinfo” xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycan təmsilçisi “Qarabağ”ın da rəqibi bəlli olacaq.

Püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Ağdam klubu püşkatmada səpələnmişlər səbətində yer alacaq. Artıq Qurban Qurbanovun komandasının mümkün rəqiblərinin sayı azalıb. Rəqiblər “Yagelloniya” (Polşa) və 3 cütlükdən ibarətdir.

“Qarabağ”ın potensial rəqibləri

“Yegelloniya” (Polşa)

“Flora” (Estoniya) – “Selye” (Sloveniya) cütünün qalibi

“Virtus” (San-Marino) – “Styaua” (Rumıniya) cütünün qalibi

“Hamrun” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi

Qeyd edək ki, Çempionlar Liqasında ikinci mərhələnin matçları 23/24 iyul - 30/31 iyulda keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu