Hindistanda 29 nəfər saxta spirtli içkidən ölüb


Hindistanın cənubundakı Tamil Nadu ştatında 29 nəfərin saxta spirtli içkidən ölüb.



"Press Trust of India" xəbər agentliyinin məlumatına görə, ştat rəsmisi M.S.Prasanth hadisənin Kallakuriçidə baş verdiyini bildirib.

Prasanth qeyd edib ki, 29 nəfər saxta spirtli içkilər səbəbindən ölüb, 100-dən çox adam müxtəlif xəstəxanalarda müalicə olunur.

Prasanth ölənlərin sayının arta biləcəyini və bölgəyə təcili yardım maşınlarının göndərildiyini bildirib.

Ştat baş naziri M.K.Stalin də X sosial media platformasındakı paylaşımında məsələ ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıb.

Hindistanın şərqində yerləşən və 7 ildir spirtli içkilərin qadağan olunduğu Bihar əyalətində 2023-cü ildə 20 nəfər saxta spirtli içkidən dünyasını dəyişib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu